“Bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınıb”

Milli Məclisin növbəti plenar iclası fevralın 12-də keçiriləcək
Dünən isə Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Arif Rəhimzadə Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş üzrə Mərkəzini və nazirliyi tənqid edib. Adıçəkilən millət vəkili ittihamlarını Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabatının müzakirəsi zamanı səsləndirib.Millət vəkili bələdiyyələri və bələdiyyəsədrlərini konkret fəaliyyət, layihələr ortaya qoymağa çağırıb.“Siz eləcə vergilərdən danışırsınız. Sizi başqa məsələlər maraqlandırmır? Sizin işiniz-gücünüz elə vergi yığımı məsələsidir? Molla yas yerindən xüms-zəkat istədiyi kimi, siz də ancaq vergi istəyirsiniz! Niyə konkret fəaliyyət ortaya qoymursunuz? İnciməyin, bədəyiyyələrin, bələdiyyə sədrlərinin adı ancaq torpaq alverçisi kimi tanınınıb. Bu, az qala sizin alnınıza yazılıb. Bəlkə belə deyil?Düzdür, əvvəlki illərlə müqayisədə bu məsələnin qarşısı qismən alınıb, amma hər halda bələdiyyələr haqqında formalaşan bu “imic” hələ də aradan qaldırılmayıb. Ona görə vergi, əlavə səlahiyyətlər istəməkdənsə, əməli fəaliyyətinizlə bu “imici” aradan qaldırmağa çalışın”- deyə, F.İbrahimli daha sonra sözlərinə əlavə edib.(musavat.com)pia.az