ASİMDER: Terrorçu PKK-nın liderləri işğal altında olan Dağlıq Qarabağa yerləşdirilirlər

"Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə terrorçu PKK qruplaşması liderlərini yerləşdirir"
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Əsassız erməni iddialarına qarşı mücadilə Beynəlxalq İctimai Birliyi (ASİMDER - Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği) məlumat yayıb.Məlumata görə, son zamanlar Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlarla bağlı terrorçuların liderləri Kandildəki (eyni adlı dağın İraqdakı hissəsindən) düşərgədən Dağlıq Qarabağa köçürürlürlər. pia.az