“Hər il qeyri-islam icmalarına yarım milyon dollar ayrılır“

“Bizdə sünni və şiələr arasında toqquşma yoxdur
 Heydər Məscidində sünnilərlə şiələr vəhdət namazı qılırlar. Məsələn, Bakıda katolik keşişi ilə pravoslav keşişi də bir yerdə oturur. Sual oluna bilər ki, Azərbaycandakı multikultural mühitin kökündə nə dayanır? Bunun kökündə Azərbaycan xalqının mentaliteti və tərbiyəsi dayanır".  APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış məktəbi"nin tələbələri ilə görüşündə deyib. O bildirib ki, Azərbaycanda uşağa tərbiyə verərkən ona nifrət etmək öyrədilmir: "Burada dövlətin siyasəti də mühüm rol oynayır. Bakıda iki böyük sinaqoq var və onları dövlət tikib. Bakıda böyük katolik kilsəsinin dövlət tikib, icmaya verib. Hər il qeyri-islam icmalarına yarım milyon dollar vəsait ayırırıq. Bundan başqa məscidlər sinaqoqlar kilsələr elektrik enerjisindən güzəştlər alır”. pia.az