Azərbaycanda 54 QİÇS xəstəsi nikaha daxil olmaq üçün ərizə verib

Nikaha daxil olmaq istəyən gənclərdən 54-də QİÇS aşkarlanıb, daha 239 nəfərdə isə sifilisə yoluxma üzə çıxıb
 Müayinədən keçmiş 5534 nəfər talassemiya daşıyıcısıdır.Bu barədə  Səhiyyə Nazirliyindən məlumat veriblər.Xəbərdə deyilir ki, nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan fevraladək 94400 nəfər müayinədən keçib.Ümumilikdə, müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Yanvarda 9800 nəfər tibbi müayinədən keçib. Onlardan 246-sı talassemiya daşıyıcısıdır, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkarlanıb.Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci ildən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.pia.az