Vətəndaşlar Saatlı DSMF-də nədən narazıdır?

Saatlı rayon DSMF-sinin müdiri Hafiz Miriyev qurumu istədiyi kimi idarə edərək vətəndaşları daim süründürür
Hafiz Miriyevin təqaüdü artırmaq üçün vətəndaşlardan 1500-2000 manat arası, əmək fəaliyyətini bir neçə il artırmaq üçün isə, alınacaq pulun 70 faizini istədiyi iddia olunur.Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsasnaməsində qurumun vəzifələrinin yer aldığı bölmədə yazılıb ki, fond dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsində iştirak etmək, büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığorta edənlərdən), eləcə də sığortaolunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə, birdəfəlik müavinət, işsizlik müavinətləri kimi məsələlər aiddir.Son illər mətbuatda DSMF-nin şəhər və rayon şöbələrində baş verən özbaşınalıqlar, süründürməçiliklələ bağlı silsiləli yazıların getməsi ondan xəbər verir ki, qurumun şöbələrində vəziyyət heçdə ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi vəzifəli şəxslər arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar. Qeyd edək ki, fondun sabiq sədri Səlim Müslümov iki il öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildi. Onun fondda boş qalan postunu isə keçmiş müavini Elman Mehdiyev tutdu. Elman Mehdiyevin DSMF sədi keçməsinə və qurumda bəzi islahatlar aparmaına baxmayaraq hələki ciddi problemlər özünü qoruyub saxlamaqda davam edir. AzFakt.com-a Saatlı rayonundan daxil olan şikayətə görə, rayon DSMF-sinin müdiri Hafiz Miriyev qurumu istədiyi kimi idarə edərək vətəndaşları daim süründürür. Şikayətçi qeyd edir ki, şöbə müdiri DSMF sədri Elman Mehdiyevə arxalandığını deyərək heç kəslə hesablaşmır. Bildirilir ki, Hafiz Miriyev xeyli müddətdir ki, müdir vəzifəsinə qoyulub və Dövlət Sosial Müdafiə Fondunun Saatlı şəhər şöbəsinə rəhbər keçən gündən indiyə qədər problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə şəhərdəki iş adamlarını belə arxada qoymağı bacaran müdir qanunvericiliyin tələblərinə əməl etmir.Bildirilir ki, Hafiz Miriyev şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Rayon sakinlərini süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır. Qeyd olunur ki, Hafiz Miriyev uzun illər müxtəlif müəssisələrdə çalışmış insanlar təqaüdə çıxarkən onların sənədlərində müxtəlif nöqsanlar axtarır, bəhanələr gətirir və bu zaman qarşı tərəfdən nələrsə umur. Şöbə müdiri təqaüd almaq istəəyn vətəndaşlara müxtəlif təkliflər edir. Həmin təkliflər isə müəyyən pul qarşılığında həyata keçirilir. Belə ki, şöbə müdiri ilə anlaşan şəxslərin müavinatı artırılır yaxud da, bir neçə il geriyə çəkilir. Mənbə iddia edir ki, Hafiz Miriyev təqaüdü artırmaq üçün vətəndaşlardan 1500-2000 manat arası, əmək fəaliyyətini bir neçə il artırmaq üçün isə alınacaq pulun 70 faizini istəyir. Çox vaxt geriyə çəkilən təqəüdün demək olar ki, hamısı Hafiz Miriyevə çatır. Çünki şöbə müdiri pensiyaya çıxmaq qistəyən vətəndaşın səndlərini qısa bir zamanda yoluna qoycağı təklifini edir və əvəzində pensiya yaşını bir müddət geri çəkməklə dövlətdən alınan vəsaiti istəyir. Süründürməçilklə üzləşməkdn bezən vətəndaşlar isə Hafiz Miriyevin təklinin “zorən” qəbul edirlər. Şöbə müdirinin təklifini qəbul etməyən şəxslər isə uzun müddət DSMF-nin Saatlı şöbəsinə gedib gəlməkdə davam edirlər. Bundan başqa Hafiz Miriyevin digər qazancının müxtəlif kənd sakinlərinə rüşvət qarşılığında pensiyya düzəltməkdir. Mənbə bildirir ki, vətəndaşlara pensiya düzəltmək işinə şöbə müdirinin Səfər adlı müavini rəhbərlik edir. O, vətəndaşlara təklif etdiyi «hesabı» aldıqdan bir müddət onra həmin şəxsi rahatçılıqla təqaüdə çıxarır. Həmçinin təqaüdü artırmaq istəyən şəxslərə də bu işdə yardımı müdirin müavini edir. Şikayətçi bildirir ki, Hafiz Miriyev hər zaman DSMF sədri Elman Mehdiyevə arxalandığını dilinə gətirməklə bəzi şikayətçi şəxslərə gözdağı verir. Şöbə müdiri Səlim Müslümovun dövründədə müavin işləyən Elman MEhdiyevə arxayın olduğunu deyirdi. İndi isə Elman Mehdiyev DSMF sədridir. Ancaq şikayətçi iddia edir ki, əslində Hafiz Miriyevin bu əməllərindən DSMF sədri Elman Mehdiyevin xəbəri yoxdur. Yəni şöbə müdirinin himayədarı sədr yox, qurumda yüksək vəzifə tutuan şəxslərdən biridir. Həmin şəxs Hafiz Miriyev barəsində DSMF sədrinə göndərilən şikayətlərin qarşısını alır. Qeyd edək ki, DSMF-nin Saatlı şöbəsi ilə bağlı saytımıza göndəriln digər ilginc məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.Qarşı təərfin mövqeyini verməyə hazırıq.pia.az