İsa Qəmbər Hafiz Hacıyevi görüşə çağırdı

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər fevralın 6-da keçirəcəyi “Böhrandan çıxış yolu” adlı dəyirmi masasına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi də dəvət edib
Bu barədə Publika.az-a H. Hacıyevin özü məlumat verib.Lakin H. Hacıyev dəyirmi masada iştirak edə bilməcəyini qeyd edib.“İsa Qəmbər sabah keçirəcəyi dəyirmi masaya məni də dəvət edib. Lakin mən orada iştirak edə bilməyəcəm. Çünki Türkiyəyə üç günlük səfərim var. Ölkədə olmayacam”, - deyə o bildirib.pia.az