“Coca-Cola Azərbaycan”ın baş direktoru vəfat etdi

Cem Becel basketbol oynayarkən qəfil vəfat edib
Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelin vəfatı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Cem Becel dostları ilə birlikdə Nəsimi rayonu, Neftçilər prospekti 155 ünvanında yerləşən "Port Baku Residence"nin idman zalına basketbol oynamağa gəlib. Saat 22:10 radələrində basketbol oynayarkən C.Becelin halı qəfil pisləşib və tibbi müdaxiləyədək keçinib. Məlumata görə, C.Becel 1969-cu ildə İstanbulda anadan olub və subay imiş. Ölüm faktı ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.pia.az