Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsi - Gənclər günü

Fərid Şahbazlı: “Gənclər Günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”
Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”.Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral Gənclər Günü ilə bağlı danışarkən deyib. F.Şahbazlının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi: “Gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün dövlət başçısı tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq”.pia.az