“Səlahiyyətlərimi davam etdirirəm” – Səməd Seyidov

“Mənim Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmağım barədə məlumatlar həqiqəti əks etdirmir”
APA-nın məlumatına görə, bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.S. Seyidov bildirib ki, onun AŞPA-ya məktub yazdığı və erməni tərəfinin sessiya vaxtı guya bu məktubdan istifadə etməsi barədə xəbərlər də əsassızdır.O, nümayəndə heyətinin rəhbəri kimi səlahiyyətlərini davam etdirdiyini, AŞPA-nın qış sessiyasında isə yalnız səhhətində yaranmış problemlərə görə iştirak edə bilmədiyini qeyd edib.pia.az