“El” Hərəkatı qurultay keçirəcək

““El” Hərəkatı Partiyasının 1-ci təsis qurultayı keçiriləcək”
Bunu AzNews.az-a “El” Hərəkatı Partiyasının təşkilat komitəsinin sədri Əflan İbrahimov deyib.Onun sözlərinə görə, qurultay dekabrın 20-də “Azəri-888” şadlıq sarayında baş tutacaq:“Qurultaya 150 nəfər dəvət olunub. Onların arasında Azərbaycanda fəaliyyət göstərən səfirliklər və onların nümayəndələri, ziyalılar və elm adamları var. İnanırıq ki, bu partiya 2015-ci ilə kimi Azərbaycanda öz sözünü deyəcək və irəli gedəcək partiyalardan birinə çevriləcək”.