Sədərək gömrüyünün rəisi həbs edildi

Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib
Musavat.com-un Haberler.com-a istinadən verdiyi məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə Qarsa gedib. Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan İğdıra aparıblar. Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.