Bakıda mikroavtobus və mağaza yandı

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Raf" markalı mikroavtobusun salonu və içərisinə yığılmış 6 ədəd avtomobil şini yanıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mikroavtobusun qalan hissələri yanğından mühafizə olunub.Bundan başqa, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tikinti materialları mağazasının lambirdən ibarət üzlüyü və içərisində olan əşyalarla birlikdə 7 kv.m sahədə yanıb.Bitişik mağaza yanğından mühafizə olunub.Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.pia.az