Əcnəbi vətəndaşlar dəm qazından ölüb

Bakıda iki xarici vətəndaş dəm qazından zəhərlənərək ölüb
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 15-də Sabunçu rayonunda yaşayan Gürcüstan vətəndaşı Ramiz Orucov mənzilində dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Həmin gün Nərimanov rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı, azyaşlı Fatima Aliyeva mənzildə dəm qazından zəhərlənərək ölüb.