Gültəkin Hacıbəyli keçmiş ərini məhv etməklə hədələdi

Bu gün - dekabrın 16-da Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı apelyasiya şikayətinə baxılıb
Virtualaz.org saytının məhkəmə iclasında iştirak edən əməkdaşının verdiyi məlumata görə, Gültəkin Hacıbəylinin hüquqlarını vəkillər Bəhruz Bayramov, Muxtar Mustafayev və Elçin Sadıqov müdafiə ediblər.Qeyd edək ki, G.Hacıbəyli keçmiş həyat yoldaşını onun şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirməkdə ittiham etmişdi. G.Hacıbəylinin iddia ərizəsi Yasamal Rayon Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə araşdırılaraq rədd edilmişdi. Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə dekabrın 30-da baxılacaq.Budəfəki məhkəmə iclasında G.Hacıbəyli ilə Mahmud Mehdiyev arasında gərginlik yaşanıb. Sabiq deputat keçmiş həyat yoldaşını hədələyərək onu “məhv və həbs etdirəcəyini” deyib. Yada salaq ki, məhkəmə prosesində G.Hacıbəyliyə AXCP fəalları dəstək veriblər.