Şagirdlər arasında kütləvi dava - 14 yaşlı qız yaralandı

Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan və Gəncədə fəaliyyət göstərən orta məktəbdə kütləvi dava baş verib
PİA.AZ report-a istinadən xəbər verir ki, dava zamanı Kəlbəcər rayon 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Fidan Məmmədova kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi kimi xəsarətlər alıb.Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər məktəblinin vəziyyətini ağır qiymətləndirib.Fakla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırma aparılır.pia.az