Neftçalada daha bir islamçı həbs edildi

Neftçala rayon sakini Rasət Əliyev polis tərəfindən saxlanılıb
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, noyabrın 28-də saxlanılan R.Əliyev inzibati qaydada 10 sutka azadlıqdan məhrum edilib.Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən faktı nə təsdiq, nə də təkzib etməyərək bu haqda açıqlama verməkdən imtina ediblər.Yerli sakinlərin bildirdiyinə görə, Rasət Əliyev 12 il əvvəl İranın Qəzvin şəhərində dini təhsil alıb. O, əvvəllər bir müddət Azərbaycan İslam Partiyası Neftçala rayon təşkilatının sədri olub.Xatırladaq ki, dünən Neftçala rayonunda Nardaran hadisələri ilə bağlı da iki nəfər saxlanılıb. MTN və DİN-in birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri Nazim Mirzəyev və Mehdi Nağıyev şübhəli şəxs qismində saxlanılıblar.Hər iki şəxsin evində axtarış aparılıb. Axtarış zamanı bir ədəd odlu silah aşkarlanıb. Saxlanılan rayon sakinləri Nardaranda bəzi şəxsləri silahla təmin etməkdə şübhəli bilinirlər.R.Əliyevin saxlanmasının Naradaran hadisələri ilə bağlı olub-olmadığı bəlli deyil. Yalnız o bəllidir ki, N.Mirzəyev və M.Nağıyevin R.Əliyevlə sıx münasibətləri olub.pia.az