Hərbçilər Nardaranı əhatəyə alıb - Video

Polis qüvvələri və hərbçilər Nardaran qəsəbəsinin giriş-çıxışlarını ciddi nəzarətə götürüb
Virtualaz.org saytının hazırda hadisə yerində olan xüsusi müxbiri xəbər verir ki, qəsəbəyə aparan yollarda polislər və hərbi geyimli şəxslər növbə çəkir. Blok-postlarda isə zirehli texnika var.Dünəndən başlayaraq Nardaran qəsəbəsində qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasında yüksək həddə çatıb."Trend"in məlumatına görə, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və əvvəlki normal həyata tərzinə qayıtmaq təklifləri səsləndirilir.Əksəriyyət evlərə çəkilməyi, asayişi yenidən bərpa olunmasını tələb edir.Yaxın dəqiqələrdə meydanda yekun yekdil qərar qəbul olunacağı gözlənilir.Verilən xəbərə görə isə Nardaranda meydan hələ də adamlarla doludur. Onlar meydanda tonqal ətrafına toplaşmaqda davam edirlər.Kəndin küçələrində daş qalaqları görmək olar. Sakinlər Daxili Qoşunların kəndə yeridilməsi ehtimalına belə hazırlaşırlar.Nardaranda hələ də işıq yoxdur. Telefon işləmir. Bununla belə kənddə ərzaq çatışmazlığı problemi yoxdur.pia.az