Sürücü sükan arxasında öldü

Göygöl rayonunda bədbəxt hadisə baş verib
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobil yol ilə hərəkətdə olarkən sürücü ürək tutmasından dünyasını dəyişib və avtomobil yolun kənarında olan divara çırpılıb. Kimliyi, hələ ki, məlum olmayan sürücünün meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.pia.az