Bakıda mənzildən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda, mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalıb
PİA.AZ FHN-ə istinadən bildirir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilib.  pia.az