Bu sistemin yoxluğu kredit imkanlarını məhdudlaşdırır - Video

Azərbaycanda daşınmaz əmlakın dövlət reyestr xidməti olsa da, daşınar əmlakın yəni tutaq ki, mal-qaranın, hansısa texniki cihazların qeydiyyata alındığı vahid bir sistem yoxdur
PİA.AZ xezerxeber.com-a istinadən bildirir ki, bu çatışmazlıq isə kiçik və orta sahibkarları daşınar əmlakı girov qoymaqla kredit götürmək imkanlarından məhrum edir. Mütəxəssislər düşünür ki, kiçik, eləcə də orta sahibkarlığı inkişaf etdirmək üçün belə sistemin yaradılmasına böyük ehtiyac var.Daşınmaz əmlakın dövlət reyestr xidməti olsa da daşınar əmlakın qeydiyyata alındığı belə bir elektron sistem mövcud deyil. Bu isə xüsusilə kiçik və orta sahibkarların daşınar əmlakı girov kimi qoyaraq kredit almaq imkanlarını məhdudlaşdırır. Mütəxəssislər daşınar əmlak kimi bir sıra məhsulların belə bir sistemdə qeydə alına biləcəyini deyirlər.Daşınar əmlakın reyestr xidmətinin yaradılması ilə yanaşı bu sistemdə girovun üstünlük dərəcəsinin müəyyən edilməsinə də ehtiyac var. Bu sistemin yaradılması həm kredit verənlər, həm də kredit almaq istəyənlər üçün faydalı məlumat bazası rolunu oynaya bilər. Daşınar əmlakın reyestr xidmətindən Çində geniş istifadə edilir. Təcrübə göstərib ki sistemin tətbiqi kerdit imkanlarını genişləndirməklə yanaşı fazidərəcfələrinin aşağı düşməsinə də səbəb olub.

pia.az