Əməkdar artist yenidən xəstəxanaya düşdü

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu bu gün yenidən xəstəxanaya yerləşdirilib
PİA.AZ xəbər verir ki, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarına səhhətində problem yaranıb və o, Respublika Diaqnostika Mərkəzinə aparılıb:"Öd kanallarım dolub. Bədənimə zəhərlənmə verir. Bu gün öd kanallarımı yuyublar. Sabah da sistem köçürəcəklər".Aktyor qeyd edib ki, bu gecəni xəstəxanada qalacaq və səhər evə buraxılacaq.Qeyd edək ki, Ə.Məmmədoğlu noyabrın 12-də özünü pis hiss edib və o, həmin günü Binəqədi Rayon Xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunduqdan sonra aktyor evə buraxılıb.pia.az