Keçmiş məhkum toyda həmkəndlisini bıçaqladı - Kürdəmirdə

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib
APA-nın xəbərinə görə, hadisə dünən axsam saatlarında rayonun Beyi kəndində keçirilən toy məclisində qeydə alınıb.Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağasiyev Qardaşəli Ağagül oğlu həmkəndlisi Rüstəmov Qılınc Xuduş oğluna bıçaqla xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A. Qardaşəli polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.pia.az