Bakıda avtobus xətləri niyə tez-tez dəyişir? - Video

Son günlər paytaxtdaxili bəzi marşurut avtobusları xətlərində edilən dəyişikliklər sərnişinlərdə əməlli-başlı çaşqınlıq və narazılıq yaradıb
Bir ünvandan başqa bir ünvana getmək istəyən insanlar azi iki-üç avtobusa minməli olur.Bu isə sərnişinlər üçün əlavə əziyyət və xərc deməkdir.PİA.AZ "Xəzər xəbər"ə istinadən bildirir ki, bir neçə marşurut avtobusunun xətti ləğv edilib. Bəzilərinin isə ya gedəcəyi məsafə qısaldılıb, ya da digərləri ilə dəyişdirilib. Son vaxtlar marşurut xətlərində edilən belə dəyşikliklər paytaxt sakinlərini sözün əsl mənasında çaş-baş salıb.Bu isə həm vaxt itkisinə səbəb olur, həm də sərnişinləri əlavə əziyyətə və xərcə salır.Sərnişinlər eyni zamanda əvvəlki illərdə avtobus xətlərinin belə tez-tez dəyişdirilmədiyini deyirlər.Məsələ ilə bağlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin sözcüsü Şəfa Mehmanqızı isə bildirdi ki, avtobus xətlərində edilən dəyşikliklərin səbəbi ``Baku Bus``ın avtobuslarının xəttə buraxılmasıdır. Ümumilikdə 14 marşurut xətti üzrə hərəkət edəcək avtobuslar hələlik 4 istiqamətdə fəaliyyət göstərir.

pia.az