Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini izləyəcək

Azərbaycan deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi - MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcəklər
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.Səfər oktyabrın 13-də başa çatacaq.pia.az