Sevdiyi oğlana görə özünü öldürmək istədi - Bakıda

Bakıda gənc qız intihara cəhd edib
Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanının qarşısında 1996-cı il təvəllüdlü Məmmədova Nərgiz Mövsüm qızı (soyad və adlar şərtidir) sirkə turşusu içərək intihara cəhd edib. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra 19 yaşlı qızın vəziyyəti normallaşıb. İlkin araşdırmalardan sonra məlum olub ki, N.Məmmədova sevdiyi oğlanla münasibətinin korlanmasına görə həyatına qəsd edib. Faktla bağlı araşdırmalar davam etdirilir.pia.az