Nobeli Belarus yazıçı aldı

O, Nobel mükafatına "Polifonik yazıları - zəmanəmizdə iztirab və cəsarətə abidə qoyduğu üçün" sahib olub
Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə anadan olub. Uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Belarusda haqqında cinayət işi açıldığına görə ölkəsini tərk edib. İtaliya, Fransa və Almaniyada yaşayıb. On il sürgündə yaşayan yazıçı 2011-ci ildə Belarusa geri qayıdıb. Svetlana Aleksieviç “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hənd zamanı” və başqa əsərlərin müəllifidir. 67 yaşıl belarus yazıçı Svetlana Aleksieviç bir çox beynəlxalq mükafatın sahibidir.  2013-cü ildən adı Nobel mükafatı namizədləri arasında hallanır. pia.az