2007-də Şuşaya səfər etmiş iş adamı deputatlığa namizəd oldu

2007-ci ildə işğal altındakı Dağlıq Qarabağ bölgəsinə və Ermənistana səfər etmiş iş adamı İlhami Fətəliyev 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd olub
Novator.az bildirir ki, “Şəms” firmasının təsisçisi və direktoru olan İlhami Fətəliyev 1949-cu ildə Şuşada doğulub. İndiki Azərbaycan Texniki Universitetinin tikinti fakültəsini bitirib. Uzun illər Şuşada tarixi memarlıq abidələrinin bərpası ilə məşğul olan idarəyə rəhbərlik edib. Azərbaycanın əməkdar mühəndisidir.2007-ci il iyunun 28-də İlhami Fətəliyev Xankəndi-Yerevan-Bakı marşrutu ilə sülhməramlı missiya həyata keçirən nümayəndə heyətinin tərkibində işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə, o cümlədən doğulduğu Şuşa şəhərinə baş çəkib.İlhami Fətəliyevin 1 noyabr seçkisində 8 rəqibi var. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən hakim partiyanın namizədi indiki deputat Elman Məmmədovdur.pia.az