Müsavat Tural Abbaslını cəzalandıra bilər

“Ağ Blok” siyasi blokunu yaradan Müsavat Partiyasının üzvü Tural Abbaslı öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb
Bu isə Müsavat Partiyasının narazılığına səbəb olubMəsələ ilə bağlı Müsavat Partiyası başqanının müavini Elman Fəttah Modern.az-a açıqlama verib:  “Partiya Məclisin qərarından kənar namizədliklərini irəli sürənlərlə bağlı qərar qəbul edib. Bu, partiyanın nizamnaməsi və siyasətinə qarşı davranışdır. Çünki həmin insanlar namizəd olmaq üçün əvvəldən Müsavat Partiyasına müraciət edə bilərdilər. Partiyadan kənar namizədliklərini irəli sürdüklərinə görə onlara xəbərdarlıq olunub.Seçki prosesinin davamında, qeydiyyat başa çatdıqdan sonra da nizamnaməyə və Məclisin qərarına uyğun olaraq onlar haqqında qərarlar çıxarılacaq”.  pia.az