Goranboyda şagird dərsə qumbara ilə gəldi

Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınaraq, polis əməkdaşlarına təhvil verilib
PİA.AZ-ın DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirib.E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.pia.az