Rusiyada Azərbaycan vətəndaşı silah və narkotik ilə tutulub

Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NNFX) əməkdaşları tərəfindən Primorsk vilayətinin Xorolosk rayonu ərazisində marixuana satışı ilə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "İnterfaks - Dalni Vostok" agentliyinə NNFX-nın Primorye üzrə İdarəsinin mətbuat xidmətindən məlumat verilib."32 yaşlı işsiz kişidən ümumilikdə təqribən 14 kq marixuana götürülüb. O, Rusiya ərazisində qeydiyyat və şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadan yaşayıb", - deyə məlumatda bildirilir.Həmçinin qeyd olunub ki, axtarış zamanı kişidən tapança, güllə və ov tüfəngi götürülüb."Hazırda əcnəbi həbs olunub. İri həcmdə narkotik vasitələrin satışı və saxlanılması faktları üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır", - deyə mətbuat xidmətindən vurğulanıb.pia.az