Şirvanda maşın piyadanı vurdu

Şirvanda maşın piyadanı vurub
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərinin H.Əliyev adına prospektə baş verib. Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Anar Əlimərdan oğlunun idarə etdiyi "QAZ-24" markalı 10 LM 255 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad rayonu Nizami kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynova Aygün Rövşən qızını vurub. Nəticədə sonuncu ağır bədən xəsarətləri-çanaq sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.pia.az