18 yaşlı gənc “Whatsapp“da dostlarına mesaj yazıb intihar etdi

Türkiyədə bir gənc özünü öldürüb
Bizimyol.info xəbər verir ki, Adananın Günəşli məhəlləsində yaşayan 18 yaşındakı Cevdet Can intihar edib. O, intihar etməzdən əvvəl bütün dostlarına "Whatsapp"da eyni mesajı göndərib. Mesajda bunlar deyilir: "Məni unutmayın. Sizi çox sevirəm. Sizdən adam olanın canına tüpürüm. Ailəm, Əminəm sizə əmanət". Gəncin otağında musiqinin səsini qaldırdıqdan sonra özünü asdığı məlum olub. Gəncin anasının bildirdiyinə görə, oğlunun problemi yox idi: "Sevgilisi var idi. "Ana, bizi evləndirəcəksən?" deyirdi. Mən də "təhsiliniz bitsin, evləndirərik" deyirdim. Niyə belə etdi, bilmirəm". pia.az