Nazirə yeni müşavir təyin edildi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib
PİA.AZ -ın  APA –ya istinadən məlumatına görə, oktyabrın 1-də ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi Zaur Fətizadə nazir Fazil Məmmədovun müşaviri təyin edilib. Nazirlikdən bu faktı təsdiqləyiblər.Xatırladaq ki, oktyabrın 1-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.pia.az