Abutalıbov Badamdara asfalt çəkdirir, amma yarımçıq...

Səbayel rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, Abbasqulu Abbaszadə küçəsinin sakinləri yaşadıqları ərazidəki yolların yarımçıq asfaltlanmasınmadan şikayətlənir
Virtualaz.org saytının redaksiyasına müraciət edən sakinlər deyir ki, küçəyə başdan-ayağa yeni asfalt örtüyü vurulsa da yolun 20 metrlik hissəsi əvvəl olduğu kimi qalıb.Adının çəkilməsini istəməyən qəsəbə sakininin sözlərinə görə, iş icraçısı onlara həmin əraziyə də asfalt çəkiləcəyini söz versə də heç bir iş görülməyib: “İş icraçısı demişdi ki, bizim döngəyə də asfalt çəkiləcək, amma yol idarəsinin Xaqani adlı rəisi ona mane oldu. Dedi sən kimsən ki, kiməsə söz verirsən, yolun o hissəsinə asfalt çəkilməyəcək, mən hara demişəmsə, ora da yol çəkiləcək...”Sakinlər həm də iddia edir ki, Dövlət Yol Polisi İdarəsində çalışan yüksək rütbəli zabitlərdən biri adıçəkilən küçədə yaşayır və asfalt da onun göstərişi ilə çəkilir.Məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxladıq.BŞİH mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova virtualaz.org saytına açıqlamasında təsdiqlədi ki, həmin ərazidə asfaltlama işləri meriya tərəfindən aparılır: “Bakı Şəhər İcra Hakimiyyəti yalnız yolun magistral hissəsində asfaltlama işlərini aparır. Ara küçələr meriyanın nəzdində deyil. Həmin ərazidə ya yerli icra hakimiyyəti orqanı, ya bələdiyyə, ya da seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı deputatlar asfalt çəkdirir. Sakinlərin iddiasına gəlincə isə bizdə bununla bağlı heç bir məlumat yoxdur”.pia.az