MSK Tənzilə Rüstəmxanlının şikayətini təmin etmədi

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
İclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən “Azər-Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlının MSK-ya etdiyi müraciətə baxılıb.MSK üzvü Qabil Orucov bildirib ki, T.Rüstəmxanlının şikayəti araşdırılıb və məlum olub ki, T.Rüstəmxanlı DSK-ya 550 imza təqdim edib, onlardan 180-ni etibarsız olub.Bununla da MSK DSK-nın qərarını qüvvədə saxlayıb, Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmayıb.(azvision.az)pia.az