Maşın çaya aşdı - Xaçmazda

Xaçmaz rayonunda yol qəzası baş verib
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Ağyaz-Alıc yolunda qeydə alınıb. “VAZ 21011” markalı maşının çaya aşması nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.pia.az