Həftənin ilk iş günü yağış yağacaq

Bakıda havanın hərarəti 16 dərəcəyədək enəcək
Sabah Bakı və Abşeron yarımadasında buludluhava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-19, gündüz 22-25 dərəcə isti təşkil edəcək. Azərbaycanın bölgələrində isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.pia.az