Neftçalada ər-arvad döyülərək bıçaqlandı

Neftçala rayonunda ərin bıçaqlanması və həyat yoldaşının döyülməsi ilə nəticələnən hadisə baş verib
PİA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.1969-cu il təvəllüdlü kənd sakini Füzuli Sahib oğlu Piriyev ailə münaqişəsi zəminində gəlininin əmisi tərəfindən bıçaqlanıb, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şərafət Qurban qızı Piriyeva isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.pia.az