Müsavat Partiyası, “REAL” və “NİDA” birgə bəyanat yaydı

01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib
Həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul edib. Bəyanatın tam mətnini təqdim edirik:Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatının və “NİDA” Vətəndaş Hərəkatı bəyan edirlər;1. Ölkədə azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakim olan, korrupsion, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il Parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər;2. Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər. 3. Tərəflər seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılması; seçki günü birgə müşahidənin təşkili; qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi; seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər. pia.az