Vasif Talıbov təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib. Təltif olunanlardan Güllər Məmmədova, Əsgər Əsgərov, Ərəstun Sadiqov, Hafizə Rzayeva, Namiq Əhmədov, Fəxrəddin İbrahimov, Səfər Quliyev, Bəxtiyar Mahmudov, Etibar Musayev, Cavid Səfərov, Musa Abdullayev, Elşad Həsənov, Asəf Quliyev, Fərrux Bayramov və Lalə Həsənova minnətdarlıq ediblər. (azərtac)pia.az