İranın tanınmış din xadimi Şamaxıya səfər edibdir - Foto

Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişaf etdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədaninin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 2-də Şamaxıya gəlibdir
Qonaqlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə birgə Şamaxı Cümə məscidini ziyarət etmiş, din xadimləri ilə görüş keçiriliblər. Görüşdən sonra qonaqlar yerli dindarlarla birlikdə Cümə məscidində zöhr namazını qılıblar.pia.az