İki VAZ toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Bu gün günorta saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Hadisə Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Zərdabi kəndi ərazisində keçən hissəsində qeyd alınıb. 1953-cü il təvəllüdlü Osmanov Zakir Nəcəf oğlunun idarə etdiyi "VAZ 21011" markalı nəqliyyat vasitəsilə Ziyəddin Qurbanovun idarə etdiyi "VAZ 21015" markalı maşın toqquşub.Qəza nəticəsində xəsarət alan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarət alan Zakir Osmanov xəstəxanada dünyasını dəyişib.Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.(apa)pia.az