Bakıda 20 yaşlı oğlanı ölümcül hala saldılar

Hadisənin motivləri məlum deyil
Bakıda 20 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 17 ünvanının qarşısından 1995-ci il təvəllüdlü Nəsirov Aslan Rauf oğlu əvvəlcə 3 saylı təcili tibbi yardım stansiyasına, oradan da Kliniki Tibbi Mərkəzə gətirilib. Reanimsiyaya yerləşdirilən A.Nəsirovun vəziyyəti ağır olduğundna onu dindirmək, hadisənin hansı şəraitdə, kim tərəfindən törədilməsi mümkün olmayıb. İlkin araşdırmalar zamanı gənc oğlanın baş nahiyəsində xəsrətlərin olduğu, onun kəllə-beyin travması aldığı üzə çıxıb. Araşdırmalar davam etdirilir.pia.az