Yol qəzasında xəsarət alan 3 nəfər xəstəxanada öldü

Müxtəlif vaxtlarda yol qəzasına düşmüş şəxslər dünən xəstəxanada vəfat edib
Lent.az xəbər verir ki, avqustun 31-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində şəhər sakini Ramil Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və sentyabrın 1-də orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.Bundan başqa avqustun 31-də saat 19 radələrində Göyçay rayonunun Qarayazı kəndində rayon sakini Elşən Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu velosipeddə keçən həmyerlisi Zaur Xankişiyevi vurub. Z.Xankişiyev xəstəxanaya yerləşdirilib və sentyabrın 1-də orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.Digər hadisə isə avqustun 30-da saat 21 radələrində Quba rayonunun Vladimirovka kəndində baş verib. Rayon sakinləri Şöhrət Mahmudovun idarə etdiyi “Mercedes” və Sabir Eyyubovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub və nəticədə S.Eyyubov və sərnişini Yəmən Əliyeva xəstəxanaya yerləşdirilib. S.Eyyubov sentyabrın 1-də orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.pia.az