Prezident Timuçin Əfəndiyevi təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Timuçin Əfəndiyevin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb
Ölkə başçısının sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Qeyd edək ki, Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektorudur.pia.az