Sabir Rüstəmxanlı yenidən namizəd olacaq

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək
Bu barədə Arqument.Az-a Sabir Rüstəmxanlının yaxın çevrəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, S.Rüstəmxanlı namizədliyini yenə də 72 saylı Yardımlı Seçki Dairəsindən irəli sürməyi qərara alıb.Qeyd edək ki, Sabir Rüstəmxanlı ötən seçkilərdə də 72 saylı dairədən depuat seçilib. pia.az