Ali məktəblərə keçid balları artırılacaq

Ali məktəblərə keçid balları artırılacaq
Məqsəd ali təhsil müəssisələrini daha keyfiyyətli tələbə kontingenti ilə təmin etməkdir ."2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid ballarının 200 bal müəyyənləşdirilməsi Təhsil Nazirliyinin təklifi ilə gerçəkləşdirildi".PİA.AZ-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA TV-nin "Səhər zəngi" proqramında deyib.Onun sözlərinə görə, keçid balların 150 yox, nisbətən qaldırılaraq 200 nəzərdə tutulmasında əsas məqsəd insan kapitalının inkişafı, ali təhsil müəssisələrini daha keyfiyyətli məhsulla, tələbə kontingenti ilə təmin etməkdir. Gələcək illərdə də bu işə məsul olan qurumlar balların yuxarı qaldırılması ilə bağlı işlər görəcək.Nazirliyin rəsmisi gələcək illərdə keçid ballarının tədricən daha da artırılacağını bildirib : “Keçid ballarının artırılması məsələsi Təhsil Nazirliyinin təklifi ilə Ədliyyə Nazirliyi, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası və digər məsul orqanların birgə  razılığı ilə qəbul edilib. Çalışırıq ki, universitetlərə qəbul olanlar yüksək bilik və imkanlara malik olsun.C.Valehov bildirib ki, bu il ali təhsil müəssisələrinə 6 min nəfərə yaxın vakant yer qalsa da, qəbulda artım olub :” Bu il ötən ilə nisbətən iki dəfə çox 700 bal toplayan olub. Ötən il bu rəqəm 7 nəfər idi, bu il isə 15 nəfər 700 bal toplayıb”. pia.az