Yağış yağacaq

Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraitinin azı daha 2-3 gün davam edəcəyi barədə xəbərdarlıq yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, sentyabrın 1-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında sentyabrın 1-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Maksimal temperatur 28 dərəcə olacaq.Azərbaycanın rayonlarında sentyabrın 1-dək əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.pia.az