Masallıda 27 yaşlı oğlan intihar etdi

Masallıda intihar hadisəsi baş verib
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb. Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. pia.az