“Fəaliyyət göstərməyən partiyalar 2 il sonra ləğv edilir”

Siyavuş Novruzov: "Bu hal həmin siyasi partiyanın fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxara bilər"
Azərbaycan Milli Məclisinə seçkilər yaxınlaşır, lakin yalnız bir qisim siyasi partiyanın fəaliyyəti nəzərə çarpır, digər qisim isə qeydiyyatdan keçmələrinə baxmayaraq hazırda fəaliyyət göstərmirlər.Bəs həmin siyasi partiyaların ləğvinə ehtiyac varmı? Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, hazırda fəaliyyət göstərməyən siyasi partiyaların ləğvi yalnız müraciət əsasında həyata keçirilə bilər: “Bir sıra Avropa ölkələrində siyasi partiya 2 il müddətinə fəaliyyət göstərmirsə avtomatik olaraq, digər ölkələrdə isə əgər siyasi partiya seçkilərdə iştirak etmirsə onun qeydiyyatı ləğv olunur. Yəni, bu cür hallar Avropa ölkələrində və Avropa Birliyinə daxil olan dövlətlərdə mövcuddur.Amma Azərbaycan qanunvericiliyində Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından keçən siyasi partiyanın fəaliyyəti ilə əlaqədar deyil, yalnız onun müxtəlif siyasi partiyaya uyğun olmayan fəaliyyəti ilə bağlı müraciət olunduğu zaman bu, məhkəmə qaydasında həll olunur. Bu hal həmin siyasi partiyanın fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Digər hallarda isə siyasi partiyaların ləğv olunması və digər hallar qanunvericlikdə nəzərdə tutulmur”. pia.az